“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib.

SİA xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaqlar. Bunu birinci təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıblar – 1:0, 4:0.

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə