“Zirə” klubu “Differdange” komandası ilə qarşılaşacaq

“Zirə” klubu “Differdange” komandası ilə qarşılaşacaq

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

SİA xəbər verir ki, Lüksemburqdakı “Municipal de Differdange” stadionunda keçiriləcək “Differdange”-“Zirə” oyununun baş hakimi slovakiyalı Boris Marhefka olacaq. Ona həmyerliləri Tomaş Vorel və Jan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavol Çmura yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Marton Esterhazi (Macarıstan), hakim-inspektoru isə bolqarıstanlı İchko Lozev olacaq.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Zirə” 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə