"Neftçi" PFK tender elan edib
Azərbaycan futbolunun flaqmanı "Neftçi" PFK daima peşəkarlıq yönündə addımlar atır, yeniliklər edir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunun davamı olaraq, bu gündən etibarən növbəti layihəyə start verilir. Belə ki, "Neftçi" PFK klubun yeni atributlarının hazırlanması ilə bağlı tender elan edir. Tenderdə qalib gələcək şirkət üzərində "Neftçi"nin atributları əks olunan müxtəlif ləvazimatlar (şərf, papaq, gündəlik geyim dəstləri, qələm, qol saatı və s.) istehsal etmək hüququ qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə