Karateçilərimiz dünya kubokunda 4 medal qazanıblar

Karateçilərimiz dünya kubokunda 4 medal qazanıblar

Xorvatiyanın Umaq şəhərində keçirilən karate üzrə dünya kuboku yarışlarında karateçilərimiz 4 medal qazanıblar. Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə, gənclərdən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) dünya kubokunun gümüş medallarına yiyələniblər. Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə