Pavel Paşayev Ukrayna klubu ilə müqaviləsinə son qoyub

Milli komandamızın oyunçusu Pavel Paşayev klubu ilə müqaviləsinə son qoyub. Apasport.az saytının məlumatına görə, bu barədə “Sport-Ekspress” nəşri xəbər yayıb. Bildirilib ki, ötən mövsüm Ukrayna Premyer Liqasında qalmağı bacaran komanda maliyyə sıxıntısı səbəbindən çətin anlar yaşayır. Bu səbəbdən bir sıra oyunçular Kamienaski təmsilçisini tərk edir. Milli oyunçu da bu siyahıdadır. Onunla anlaşma qarşılıqlı razılaşma əsasında pozulub. Ukrayna mətbuatı iddia edir ki, Pavelin karyerasını vətənində davam etdirmək ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə