Azərbaycan millisi Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığma komandası Avropa çempionatında iştirak edəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 17-də başlayacaq çempionat Bolqarıstanın Sofiya şəhərində keçiriləcək. Yarışda Azərbaycanı yığma komandamızın tərkibində məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında Elsevər Sadıqzadə (55 kq), Vüqar Şirinli (60 kq), Rüstəm Orucov (66 kq), Sərxan Əhmədov (73 kq), Tural Səfquliyev (81 kq), Şain Qəhrəmanov (90 kq), Fərid Babayev (+100) və Xanım Hüseynova (57 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə