Samir Məsimovun "Fakel”ə keçidi rəsmiləşib

Samir Məsimovun "Fakel”ə keçidi rəsmiləşib

Millimizin və "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun Rusiyanın birinci divizionunda çıxış edən "Fakel”ə keçidi rəsmiləşib. Rusiya klubunun saytında yer alan xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Qeyd edək ki, S.Məsimov "Fakel"də baxışda olduğu müddətdə komandanın yoxlama görüşlərində oynayıb. Xatırladaq ki, S.Məsimov son olaraq AZAL-da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə