Qazaxıstanın paytaxtı Astanada karatenin kyokşin növü üzrə sayca altıncı dünya çempionatı keçirilib.
SİA xəbər verir ki, ölkəmiz mundialda dörd idmançı ilə təmsil olunub.
Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov dörd rəqibini məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə karateçimiz rusiyalı Maksim Smolyakova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB