Cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı Elxan Məmmədov "Böyük Dəbilqə" turnirinə dəvət alıb. Bu barədə SİA-ya JudoOnline.info-dan məlumat daxil olub. Məlumata görə, dünya çempionatında 90 kq çəki dərəcəsində çıxış edəcək idmançımızın qatılacağı yarış ilin sonunda Tokioda keçiriləcək. Bu turnirin təşkilatçıları adət-ənənələrə uyğun olaraq yarışa güclü idmançıları dəvət edirlər. Onu da qeyd edək ki, Elxan Məmmədov dünya sıralamasında beşinci yerdə qərarlaşıb. O bu turnirdə nəinki medal üçün, həm də lisenziya xalları üçün mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB