“Müqəddəslər” polşalı futbolçunu transfer edib

“Müqəddəslər” polşalı futbolçunu transfer edib

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan "Sauthempton" heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “müqəddəslər” polşalı müdafiəçi Yan Bednareki heyətinə qatıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Polyak arxa xətt oyunçusunun transfer məbləği barədə açıqlama verilməyib. Qeyd edək ki, Bednarek son mövsümdə "Lex"in heyətində 34 oyunda meydana çıxıb, 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə