“Qəbələ”dən darmadağın

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb. Roman Qriqorçukun komandası Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşıb. Matç Roman "qırmızı-qaralar"ın 7:0 hesablı qələbəsi ilə başa çatıb.

1948-ci ildə yaradılan “Qrodiq” Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

30 iyun

Yoxlama görüşü

20:00. “Qəbələ” – “Qrodiq” (Avstriya) - 7:0
Qollar: Stiven Monroz - 24, Ürfan Abbasov - 37, Asif Məmmədov - 47, 56; Xavi Hernandes - 48, Araz Abdullayev - 58-pen, Fərid Nəbiyev - 75

Bütün xəbərlər Facebook səhifəmizdə