"Fənərbaxça" Matye Valbuena ilə müqavilə imzalayıb

"Fənərbaxça" Matye Valbuena ilə müqavilə imzalayıb

Türkiyənin "Fənərbaxça" klubu Matye Valbuena ilə müqavilə imzalayıb. İstanbul klubunun rəsmi tvitter səhifəsində yer alan xəbərə görə, fransalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib. İstanbul ktəmsilçisi bu transfer üçün futbolçunun son klubu "Lion"a 1.5 milyon avro ödəyib. 33 yaşlı futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2 il çıxış etdiyi “Lion”da 56 oyunda 9 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə