Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən rayon turnirinin nəticələri açıqlanıb

Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən rayon turnirinin nəticələri açıqlanıb
Şağan Olimpiya İdman Kompleksində 11- 13 sentyabr tarixlarində uşaq və yeniyetmələr arasında rayon turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şağan Olimpiya İdman Kompleksinin müdiri Emin Rzayev, RİEOUG Şahmat məktəbinin direktoru Şirmayə Hüseynova iştirak ediblər.

Turnirin keçirilməsində əsas məqsəd 2009-2014- cü illərdə Azərbaycanda Şahmatın inkişaf etdirilməsi Dövlət proqramının icrasını təmin etmək, şahmat idman növünü rayonlarda inkişaf etdirmək, yeniyetmələrin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etmək, istedadlı şahmatçıları aşkar edərək onların ustalıq dərəcələrini artırmaq olub. Yarışda 27 idmançı öz bacarığını sınayıb.

Bu gün açıqlanan yekun nəticələrə görə, Hüseynov Balağa 1-ci, Adilbəyli Nicat 2-ci, İbrahimov İsmayıl isə 3-cü yerə layiq görülüblər. İlk 3 yerin sahibi diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Qeyd edək ki,hər il mütəmadi olaraq keçirilən bu turnir İsveçrə sistemi üzrə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə