Konfederasiyalar kubokunda ilk finalçı - ÇİLİ

Konfederasiyalar kubokunda ilk finalçı - ÇİLİ

Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub. Məlumata görə, yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Portuqaliya millisi ilk 3 zərbəni qola çevirə bilməyib. Cənubi amerikalılar isə hər 3 penaltidən yararlanaraq finala adlayıb.


Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.

28 iyun

Konfederasiyalar Kuboku-2017, yarımfinal

Portuqaliya – Çili - 0:0 (penaltilər - 0:3)

Bütün xəbərlər Facebook səhifəmizdə