Futzal üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib - FOTOSLAYD
Bu gün AFFA-nın Futbol akademiyasında futzal üzrə Azərbaycan çempionatının 2010-2011-ci il mövsümünün püşkatma mərasimi keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dörd dövrədən ibarət çempionatda 6 komanda - "Araz", "Neftçi" İSM, "Ekol", "Azmetko", "Qarabağ veteranları", "Tərtər" mübarizə aparacaq.
Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı oyunlar keçiriləcək:
18 sentyabr
12:00. "Tərtər" – "Azmetko"
13:30. "Ekol" – "Qarabağ veteranları"
15:00. "Neftçi" İSM – "Araz"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB