Üç pilot Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb
"Renault" komandasının pilotu Colion Palmer bolidinin tüstüləməsinə görə Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb. SİA-nın məlumatına görə, “Toro Rosso” komandasının pilotu Daniil Kvitin bolidinin isə 12-ci döngədə mühərrikində problem yaranıb. O da yarışı tərk etməli olub.
Bundan əlavə, “Red Bull Racing”in pilotu Maks Ferstappen də mühərrikdəki problemə görə mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə