Akinfeyev qəzəbləndi: "Gedim özümü asım?”

Akinfeyev qəzəbləndi: "Gedim özümü asım?”

Konfederasiyalar Kubokunun A qrupunun son oyununda Rusiya Meksikaya məğlub olub. Apasport.az saytının məlumatına görə, matçda ciddi səhvləri ilə yadda qalan rus qapıçı İqor Akinfeyev oyundan sonra jurnalistlərin diqqət mərkəzində olub. Elədiyi səhv səbəbindən olduqca əsəbi və gərgin olan “çərçivə qoruyucusu” sərt danışıb: “İndi hamı ikinci qoldan danışacaq. Belədi də, səhv edirsənsə, günahlandırılan sən olursan. Oyundu, belə alındı. Nə edim? Gedim özümü asım?”

Qeyd edək ki, Rusiya – Meksika matçı 1:2 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə