Dünya ulduzları Bakıda Formula 1 azarkeşləri üçün səhnəyə çıxdılar FOTOSESSİYA

Dünya ulduzları Bakıda Formula 1 azarkeşləri üçün səhnəyə çıxdılar FOTOSESSİYA

İyunun 24-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən Formula 1 Şəhərciyinə toplaşıblar. SİA-nın məlumatına görə, məşhur müğənni Nikol Şerzinger Bakıda səhnəyə çıxıb. Gözəl səsi və ifaları ilə Formula 1 Şəhərciyinə toplaşanlara maraqlı anlar yaşadan müğənni hit mahnılarını səsləndirərək Bakı tamaşaçısına unudulmaz anlar yaşadıb.

N.Şerzinger “Pussycat Dolls” qrupunun solisti olan zaman bu kollektivin "Grammy" musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo olmaqla, ümumilikdə 37 milyon sinql satışı ilə dünya rekorduna sahib olub.

N.Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, məşhur və ən yenilikçi qruplardan olan "The Black Eyed Peas" çıxıb.

Həyəcanverici və dinamik konsert proqramı ilə musiqili gecəyə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə