“The Black Eyed Peas” qrupu Azərbaycan Qran-Prisinin “Paddock”unda olub FOTOSESSİYA

“The Black Eyed Peas” qrupu Azərbaycan Qran-Prisinin “Paddock”unda olub FOTOSESSİYA

Məşhur “The Black Eyed Peas” musiqi qrupunun üzvləri iyunun 24-də Formula 1 Azərbaycan Qran-Prisinin “Paddock”unda olublar. SİA-nın məlumatına görə, qrup üvzləri burada yaradılmış şəraitlə tanış olub və işçi heyəti ilə şəkil çəkdiriblər.

Qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib.

Sonra qrup üzvləri “Red Bull Racing” komandasının qarajına gəliblər. Qonaqlar komandanın yarışa hazırlığı barədə məlumatlandırılıblar.

Daha sonra musiqiçilər “Mercedes”in pilotu Luis Hamiltonla görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə