İbrahimoviç yeni kluba keçir

Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşib. Ağır zədə səbəbindən "Mançester Yunayted"dən ayrılan isveçli ulduz karyerasını "Los Anceles Qalaksi"də davam etdərəcək.

Belə ki, İbrahimoviçə məxusus A-Z idman geyim markasının yeni reklam forması sosial mediaya sızıb. Markanın üzərinə "Los Ancelesə xoş gəldin, Zlatan" yazılmış fotosu futbolçunun məhz bu klubda oynayacağı kimi şərh olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə