Rusiyaya yalnız qələbə lazımdır KONFEDERASİYALAR KUBOKU

Rusiyaya yalnız qələbə lazımdır KONFEDERASİYALAR KUBOKU

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də iki oyun keçiriləcək. A qrupunun son iki matçı eyni saatda başlayacaq. Hesabında 3 xal olan Rusiya millisi 4 xal toplayan Meksika ilə görüşdə qələbə qazanmağa məhkumdu. Stanislav Çerçesovun komandasını bərabərlik də növbəti mərhələyə çıxarmayacaq. Meksikalılara isə heç-heçə bəs edir.

Qrupun 4 xala malik digər komandası - Portuqaliya Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Autsayderlə görüşdə Kriştiano Ronaldonun komandası liderlik şansından yararlanacaq.

Konfederasiyalar Kuboku – 2017
24 iyun

19:00. Meksika – Rusiya
19:00. Yeni Zelandiya – Portuqaliya

Bütün xəbərlər Facebook səhifəmizdə