"Gəncə" Peşəkar Futbol Klubunun yeni saytı istifadəyə verilib

"Gəncə" Peşəkar Futbol Klubunun yeni saytı istifadəyə verilib. SİA-nın məlumatına görə, bu barədə klubun mətbuat katibi Məqsəd Rəhimov Peşəkar Futbol Liqasına məlumat verib. Onun sözlərinə görə, dizayn və effektləri ilə seçilən saytda "Gəncə" PFK-nın tarixi, rəhbərlik və oyunçular barədə məlumatlar, şəkillər, videolar, komanda barədə son informasiyalar, qədim Gəncə şəhərinin dünəni və bu gününü əks etdirən şəkillər, maraqlı məlumatlar yer alıb.

www.gancapfk.az yazmaqla sayta daxil olan azarkeşlər komanda ilə bağlı hər gün yenilənən məlumatları əldə edə biləcəklər. Saytda uşaq futbolu, fan klub və əlaqə bölməsi də fəaliyyət göstərir ki, bura daxil olan azarkeşlər öz fikir və təkliflərini yaza bilərlər. Saytda mütəmadı olaraq klub rəhbərliyinin və futbolçuların eksklyuziv müsahibələri də yer alacaq. Bundan başqa komanda ilə bağlı digər kütləvi informasiya vasitələrində gedən məlumatlar da sayta yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...