Bakıda Formula 1 yarışında "Renault"un bolidi yanıb

Bakıda Formula 1 yarışında "Renault"un bolidi yanıb

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə "Renault" komandasının pilotu Colyon Palmer mühərrikdə yaranan problemlərlə əlaqədar treki tərk edib. SİA-nın məlumatına görə, ikinci döngədə pilotun bolidi tüstülənməyə və yanmağa başlayıb. O, bolidi vaxtında tərk edə bilib. Marşallar yanğının qarşısını alıb.

Qeyd edək ki, bu gün həmçinin saat 17 :00-da sıralanma turu başlayacaq və yekunda pilotların düzülüşü müəyyənləşəcək. İyunun 25-də isə Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə