Bakıda Formula 2 üzrə birinci yarışa start verildi

Bakıda Formula 2 üzrə birinci yarışa start verildi

Bakıda Formula 2 üzrə birinci yarışa (7-ci mərhələ) start verilib. SİA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışlarında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Dünənki sıralanma turundan sonra bolidlərin düzülüşü müəyyənləşib. İlk yerlərdə müvafiq olaraq “PREMA Racing” komandanın pilotu Şarl Lekler, “ART Grand Prix” komandasının pilotu Nobuharu Matsuşita və “DAMS” komandasının pilotu Nikolas Latifinin bolidləri dayanıblar.

Birinci yarış 29 dövrə və ya 60 dəqiqə davam edəcək.

Qeyd edək ki, Formula 2-nin ikinci yarışı (8-ci mərhələ) sabah saat 14:00-da başlayacaq. İkinci yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Xatırladaq ki, bu həftəsonu yarışda bir sürücü dəyişikliyi olub. Belə ki, Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib. Oliver Rouland 3-cü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.

Ötən il Bakı şəhər halqasında (6 km) qeydə alınan ən sürətli dövrə A.Giovinazziyə məxsus olub – 1:51.752 (193,381 km/saat).

Monte Karloda baş tutan 3-cü mərhələdən sonra “PREMA Racing” komandası komandalararası çempionatda birinciliyi əldən verərək 4-cü yerə düşüb.

“DAMS” komandası hələlik ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.

Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.

Sıralanma düzülüşünü nəzərinizə çatdırırıq:

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə