Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempiontında yarımfinal görüşləri başa çatıb. Azərbaycan Boks Federasiyasının məlumatında deyilir ki, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.
75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib. Şahsuvarlı sabah keçiriləcək finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB