Formula 1: Maks Ferstappen ikinci sərbəst yürüşdə də birinci oldu

Formula 1: Maks Ferstappen ikinci sərbəst yürüşdə də birinci oldu

Formula 1 Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşünə yekun vurulub. SİA-nın məlumatına görə, yürüşün nəticələrinə əsasən, “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen ilk sərbəst yürüşdə olduğu kimi, bu dəfə də birinci yerdə qərarlaşıb. O, 1:43.362 dəqiqə nəticə göstərib.

Yürüşdə ikinci ən yaxşı ikinci nəticəyə “Mercedes”in pilotu Valtteri Bottas imza atıb. Onun göstəricisi 1:43.462 dəqiqə olub. Üçüncü yerdə isə 1:43.473 dəqiqə nəticə ilə "Red Bull Racing"in digər pilotu Daniel Rikkiardo qərarlaşıb.

Qeyd edək ki, iyunun 24-də keçiriləcək sıralanma turundan öncə həmin gün saat 14:00-da sonuncu sərbəst yürüşlər baş tutacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə