Bakıda Formula 2 yarışlarının sıralanma turu başa çatıb. SİA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışların bu mərhələsində ilk yerə “PREMA Racing” komandanın pilotu Şarl Lekler çıxıb. O, 1:52.129 dəqiqə nəticə göstərib.
İkinci yerdə “ART Grand Prix” komandasının pilotu Nobuharu Matsuşita (1:52.697), üçüncü yerdə “DAMS” komandasının pilotu Nikolas Latifi (1:52.865) qərarlaşıb.
Qeyd edək ki, Formula 2 yarışlarının sərbəst yürüşlərində “Rapax” komandasının niderlandlı pilotu Nik de Vris ən yaxşı nəticəni əldə edib. O, 1:54.187 dəqiqə göstərici ilə birinci yeri tutub.
Ən yaxşı ikinci nəticəni “MP Motorsport” komandasının britaniyalı pilotu Cordan Kinq (1:54.308), üçüncü nəticəni “Russian Time” komandasının italyan pilotu Luka Gyotto (1:54.734) göstərib.
Xatırladaq ki, Bakıda Formula 2 yarışlarında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.
Bu həftəsonu yarışda bir sürücü dəyişikliyi olub. Belə ki, Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib. Oliver Rouland 3-cü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.
Ötən il Bakı şəhər halqasında (6 km) qeydə alınan ən sürətli dövrə A.Giovinazziyə məxsus olub – 1:51.752 (193,381 km/saat).
Monte Karloda baş tutan 3-cü mərhələdən sonra “PREMA Racing” komandası komandalararası çempionatda birinciliyi əldən verərək 4-cü yerə düşüb.
“DAMS” komandası hələlik ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.
Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.
Sıralanma turunun bütün nəticələrini nəzərinizə çatdırırıq:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB