Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə Serxio Peres qəza törədib FOTOLAR
Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib. SİA-nın məlumatına görə, "Force İndia"nın pilotu Serxio Peresin bolidi 8-ci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb. Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk etdikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar. Bolidin trassdan götürülməsi üçün kran gətirilib.
Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Əyləc sistemi bloklandığı üçün onun idarə etdiyi bolid trasın kənarına çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB