Rusiyalı turist: “Bakının mənzərəsi trekə xüsusi gözəllik verir” AÇIQLAMA
“Formula 1 Azərbaycan Qran-Prisinə baxmaq üçün Bakıya gəlmişəm. Yarışın təşkilatçılığı çox xoşuma gəlir. Azərbaycanda ilk dəfə olduğumuz üçün şəhərinizi gəzdim. Bakı çox gözəldir”. Bunu SİA-ya açıqlamasında rusiyalı turist İqr Fedyora deyib.
O, Bakıda təşkil edilən yarışın digərlərindən fərqli olduğunu vurğulayıb: “Mən Soçi Qran-Prisində də olmuşam. Orada yarış Olimpiya parkında keçirilir. Burada isə trek şəhərdədir. Bakının mənzərəsi trekə xüsusi gözəllik verir. Bakı Şəhər Halqasına xüsusiyyələrinə görə 2-ci Monako demək olar”.
Turist Azərbaycan Qran-Prisində favoritləri haqqında da danışıb: “Mənim favoritlərim Həmilton, Fettel və Bottasdır. Ancaq təəssüf ki, dəqiq şəkildə bilirəm ki, rus pilot Daniil Kvyat birinci olmayacaq. “Toro Rosso”nun inkanları ona mükafata layiq yerlər üçün mübarizə aparmağa imkan vermir. Ona görə düşünürəm ki, “Mercedes, “Ferrari” və ola bilsin, “Red Bull” pilotları favoritdirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB