Almaniya yığması Çili ilə bacarmadı

Almaniya yığması Çili ilə bacarmadı

Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti oyun Almaniya ilə Çili yığmaları arasında keçirilib.

Dünən keçirilən “B” qrupunun ikinci görüşü də heç-heçə yekunlaşıb. Əvvəlcə Çili yığması Aleksis Sançeslə hesabı açıb. Birinci hissənin sonuna yaxın isə dünya çempionlarının heyətində Stindl bərabərlik qolunu vurub. Bundan sonra oyunda başqa qol olmayıb və komandalar bir xalla kifayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə