Azərbaycan Qran-Prisinin azarkeşləri üçün pit-yolu gəzintisi təşkil olunub FOTOLAR

Azərbaycan Qran-Prisinin azarkeşləri üçün pit-yolu gəzintisi təşkil olunub FOTOLAR
Bu gün (22 iyun) Formula-1 Azərbaycan Qran-Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub. SİA-nın məlumatına görə, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını canlı izləyiblər.
Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.
Böyük coşğu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.
​Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com