“Mclaren”in pilotları Azərbaycan Qran-Prisində sonuncu start götürəcəklər
“Mclaren” komandasının pilotları Fernando Alonso və Stoffel Vandorn mühərrikə görə növbəti dəfə cərimə olunublar.
“Honda” şirkəti Azərbaycan Qran-Prisinə yenilənmiş mühərrik elementləri gətirib, lakin bir mövsüm ərzində mühərrikin ən çoxu 5 komponentini dəyişdirməyə icazə verilir. Bu elementlərin quraşdırılması həmin limiti aşdığına görə hər iki pilot cərimə olunacaq.
SİA-nın məlumatına görə, Fernando Alonso və Stoffel Vandorn hərəsi 15 mövqe itirəcək və yəqin ki, sonuncu sıradan start götürəcəklər.
“Həftəsonu hələ başlanmayıb, amma biz artıq cərimə olunmuşuq. Vəziyyət yaxşı deyil, indi işlərimiz belə gedir”, - deyən Vandorn vurğulayıb ki, “Honda”nın yeni mühərrikindən heç bir irəliləyiş gözləmir.
Bu iki pilotun heç biri cari mövsümdə hələlik xal toplamayıb. “Mclaren” şirkətinin rəhbərliyi isə “Honda” ilə əməkdaşlığa son qoymaq və “Mercedes” mühərriklərinə qayıtmaq ehtimalı barədə fikirləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB