Fernando Alonso: "Qərarımda qəti olmalıyam" AÇIQLAMA

Fernando Alonso: "Qərarımda qəti olmalıyam" AÇIQLAMA

"Növbəti Formula 1 mövsümü üçün hədəfim yarışın qalibi olmaqdır. Mən komanda seçimi barədə risk etmək istəmirəm. Qərarımda qəti olmalıyam". SİA-nın məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparacaq“McLaren” komandası ilə müqaviləsi başa çatacaq pilot Fernando Alonso deyib.

O bildirib ki, komandalardan gələcək təklifləri dəyərləndirməyə hazırdır: "Komandamı çox sevirəm. Son iki-üç il ərzində bir çox addımlar atmışıq. Etiraf etməliyəm ki, “McLaren” hazırda rəqabətədavamlı komanda deyil. Bolidin motoru güclü deyil və biz, bununla qalib ola bilmərik. Ancaq komanda hər şeyin yaxşı olması üçün əlindən gələni edir. Ümid edirəm ki, komandamız növbəti mövsüm güclülər sırasında yer alacaq. Gələn ilki karyeram “McLaren”in təkmilləşməsindən asılı olacaq. Əgər komanda motorun sazlanmasında yeniliklərə imza atsa, “McLaren”dəki çıxışımı davam etdirəcəyəm. Ümid edirəm ki, komandamla çempionluq sevinci yaşayacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə