“Force İndia”nın pilotu: “Bakıda yüksək nəticə qazanmaq üçün yarışacağıq” AÇIQLAMA
“Komandamız Azərbaycan Qran-Prisində hansı məqsəd uğrunda mübarizə aparacağını yaxşı bilir. Biz Bakıda yüksək nəticə qazanmaq üçün yarışacağıq”. SİA-nın məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran-Prisi öncəsi keçirilən mətbuat konfransında “Force İndia” komandasının pilotu Esteban Okon deyib.
O, komanda yoldaşı ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb: “Komanda yoldaşım məni keçərsə, məyus olmaram. Bir-birimizə hörmətlə yanaşırıq. Biz komanda üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək”.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB