Valtteri Bottas: “Azərbaycan Qran-Prisi üçün xüsusi planımız var” AÇIQLAMA

Valtteri Bottas: “Azərbaycan Qran-Prisi üçün xüsusi planımız var” AÇIQLAMA

“Azərbaycan Qran-Prisinə yaxşı hazırlaşımıq. Çalışacağıq ki, Bakıda yüksək nəticə göstərək”. SİA-nın məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran-Prisi öncəsi keçirilən mətbuat konfransında “Mercedes AMG” komandasının pilotu Valtteri Bottas deyib.

O, sıralanma turundan sonra mövqeyinin yaxşı olmayacağı təqdirdə heç bir problem yaşamayacağını vurğulayıb: “Mövqeyimin pis olması çıxışıma təsir göstərə bilməz. Əvvəllər də yaxşı olmayan mövqelərdən yarışa başlamışam. Hesab etmirəm ki, bu, mənə nə isə çətinlik törətsin”.

Pilot bildirib ki, komanda yoldaşları ilə münasibətləri yüksək səviyyədədir: “Biz bir-birimizi yaxşı başa düşürük. Azərbaycan Qran-Prisi üçün xüsusi planımız var. Bu planla çıxış edərək yüksək nəticə qazanmaq istəyirik”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə