Azərbaycan Qran-Prisinin üçüncü stüardı müəyyənləşib

Azərbaycan Qran-Prisinin üçüncü stüardı müəyyənləşib

“500 mil İndianapolisa” avtoyarışlarının qalibi, “Tyrell” komandasının sabiq sürücüsü Denni Sallivan Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü stüardı təyin olunub. SİA-nın məlumatına görə, mübahisəli məqamların həllində D.Sallivanla yanaşı, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) komissiya rəhbəri Paul Qutyar və Venesuela İdman Komissiyası Federasiyasının prezidenti Vinçenço Spano da stüard vəzifəsini yerinə yetirəcəklər.

Qeyd edə ki, D.Sallivan cari mövsüm Bəhreyn Qran-Prisinə də dəvət olunub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə