Azərbaycan Qran-Prisi zamanı hava necə olacaq?

Azərbaycan Qran-Prisi zamanı hava necə olacaq?

Formula-1 Azərbaycan Qran-Prisinin həftəsonu üçün hava proqnozu açıqlanıb. SİA-nın məlumatına görə, yarış həftəsonu günəşli və sərt küləyin müşayiəti ilə keçəcək.

İyunun 23-də buludsuz hava şəraitində pilotlar 28 dərəcə istilikdə sərt küləyə qarşı yarışacaqlar. Bir gün sonra havanın temperaturu dəyişməsə də, cənub-şərq küləyi əsəcək. Bu havada komandalar trekə adaptasiya olmağa çalışacaqlar. İyunun 25-də havanın hərarəti artacaq və külək bir az səngiyəcək.

Yarış həftəsonu yağış yağacağı gözlənilmir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə