“Karabakh Vienna” Avstriyada üçüncü dəfə çempion oldu

“Karabakh Vienna” Avstriyada üçüncü dəfə çempion oldu

Klubun təsisçisi və idarə heyyətinin rəhbəri Orxan Vəliyevin səyləri və inkişaf konsepsiyasına uyğun olaraq komanda ilbəil yeni səviyyəyə qalxır. SİA-nın məlumatına görə, Avstriya Dövlət İqtisad Universitetinin məzunu olan həmyerlimiz həm də futbol azarkeşidir. Orxan Vəliyev klubun mətbuat xidmətinə açıqlamasında komandanın əsas məqsədi haqqında bunları deyib: “Karabakh Vienna”nın uğurları bizi daha böyük işlərə həvəsləndirir. Klubun qazandığı qələbələr Azərbaycan-Avstriya arasında dostluğu möhkəmləndirir. Üstəlik futbolumuz üçün yeni perspektivlər yaradır. Əsas məqsədimizdən biri azərbaycanlı futbolçuların Avstriya komadasına transfer olmasıdır. Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Beləcə “Karabakh Vienna” meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə də çıxış edərək beynəlxalq təcrübə əldə edəcəklər. “Karabakh Vienna” yeni mövsümdə də azarkeşlərini sevindirmək üçün uğurlu çıxışını davam etdirməyə çalışacaq”.

Xatırladaq ki, inkişaf üçün vacib faktor sayılan baza problemi artıq həll olunub. komanda ev oyunlarını doğma bazasında – “Karabakh Vienna” da keçirir. Klubun əsas oyunçuları ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandası da fəaliyyət göstərir.

“Karabakh Vienna”ya Azərbaycanda olan böyük marağı nəzərə alaraq klub yaxınlarda Bakıda fan-klub açmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə