“Qarabağ” klubu hazırlığını davam etdirir

“Qarabağ” klubu hazırlığını davam etdirir

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu hazırlığın beşinci gününü axşam məşqi ilə tamamlayıb. SİA-nın məlumatına görə, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən hazırlıq təxminən bir saat yarım davam edib. Hazırlıqda ümumi toplu çalışmalara üstünlük verilib. Milli komandalardan gələn futbolçular da məşq prosesinə qoşulub.

Zədəsini sağaldan və yenidən komandaya qoşulan ispaniyalı Dani Kintana isə qaçmaqla kifayətlənib.

Qeyd edək ki, Avropa həyəcanına Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayacaq ağdamlılar Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə