Bakı məktəblisi cüdo və sambo idman növləri üzrə iştirak etdiyi 80 yarışda fəxri kürsüyə qalxıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Orxan Məcidli beynəlxalq və respublika səviyyəli turnirlərdə 33 qızıl, 19 gümüş, 28 bürünc medala layiq görülüb. BŞTİ-dən bildiriblər ki, O.Məcidli qızıl medallardan üçünü sambo, otuzunu isə cüdo idman növü üzrə keçirilən yarışlarda qazanıb.
İstedadlı idmançı medallardan on ikisini Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə qazanıb. Həmin medallardan dördü qızıl, üçü gümüş, beşi bürüncdür.
Azərbaycanlı məktəbli Rusiya və Gürcüstanda keçirilən yarışlarda Ermənistandan olan iki həmyaşıdını məğlub edib.
Qeyd edək ki, Orxan Məcidli beş yaşından idman turnirlərinə qatılır. Üç dəfə Bakı birinciliyinin qalibi olub.
Çempion məktəbli idman sahəsində nailiyyətlər əldə etməklə yanaşı, dərslərində də fəallıq göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB