Peddi Lou: “Bakı növbəti Qran Priyə daha yaxşı hazırlaşıb” AÇIQLAMA

Peddi Lou: “Bakı növbəti Qran Priyə daha yaxşı hazırlaşıb” AÇIQLAMA

“Ötən il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışı çox həyəcanlı idi. Biz indi görürük ki, Bakı növbəti Qran Priyə daha yaxşı hazırlaşıb”. SİA-nın məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq “Williams” komandasının baş texniki rəhbəri Peddi Lou deyib.

O Bakı Şəhər Halqasının xüsusiyyətləri haqqında danışıb: “Bakı treki 6 km uzunluğa malidir. Burada yarış saat əqrəbinin hərəkətinin əks istiqamətində keçirilir. Bəzi cəhətdən, o cümlədən quruluşu və xarakteristikası baxımından Bakı treki Kanada trekinə bənzəyir. Buna görə biz bu həftə Bakıda performans baxımından Kanadaya oxşar səviyyədə yarışın baş tutacağını gözləyirik. Azərbaycan Qran Prisi mövsümün ən isti şəraitində keçən yarışlarından biridir. İyun ayında Bakıda qeydə alınmış ən yüksək orta temperatur 39 dərəcə təşkil edir. Ən yüksək performansda qala bilmək üçün həm pilotlardan, həm də komandadan böyük dözümlülük tələb olunur. Ümumiyyətlə, Bakı gözəl şəhərdir və biz ötən il burada olmaqdan böyük zövq aldıq. Felipe trekə yaxşı bələddir və hazırda ən yüksək formadadır. Bu baxımdan biz onun Kanadada yaşadığı qəzadan sonra yaranmış təəssüf hissini aradan qaldıraraq layiq olduğu yerə çıxmasını təmin etməyə çalışırıq. Biz həmçinin iki həftə əvvəl Kanadada ilk Formula 1 xalını əldə edən Lens üçün də yaxşı həftəsonu gözləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə