Felipe Massa: “Bakıdakı unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm” AÇIQLAMA

Felipe Massa: “Bakıdakı unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm” AÇIQLAMA

“Mən həqiqətən də gözəl bir ölkəyə və Bakıda şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”. SİA-nın məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq “Williams” komandasının sürücüsü Felipe Massa deyib.

Pilot vurğulayıb ki, Bakıdakı yarışda yüksək xal qazanmağa çalışacaqlar: “Bakı Şəhər Halqasında çox sayda 90 dərəcəli döngələr və 16-cı döngədən başlayaraq 1-ci döngəyədək davam edən uzun sürətlənmə düzlüyü var. Burada biz olduqca yüksək sürətə çıxırıq. Ötən il Bakıdakı yarışda 2 xal qazanmışdıq. Kanadada yarışı erkən başa vurmağımdan sonra ümid edirəm ki, biz bu il burada yaxşı nəticə göstərərək daha yüksək xal əldə edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə