Valtteri Bottas: “Həmilton ilə aramızda heç bir fərq yoxdur” AÇIQLAMA

Valtteri Bottas: “Həmilton ilə aramızda heç bir fərq yoxdur” AÇIQLAMA

“Lyuis Həmilton ilə tempimiz çox yaxındır. Aramızda heç bir fərq yoxdur. Özümə güvənirəm. Bəli, o uzun illərdir ki, komandadadır və məndən daha təcrübəlidir. Amma bu onunla eyni tempdə getməmək üçün bəhanə deyil”. SİA-nın məlumatına görə, bunu Formula 1 yarışlarında mübarizə aparan “Mercedes” komandasının sürücüsü Valtteri Bottas deyib.

O qeyd edib ki, karyerasında daha yüksək nəticələr hədəfləyib: “Poul və yarış qazandım. Bunlar mənim üçün ilkin hədəflər idi və indi daha yüksək pillələri hədəfləmişəm. Lyuis kimi sürücü ilə komanda yoldaşı olmaq çətindir. O, çox sürətlidir və mənim inkişaf etməyimə çox kömək edir. Buna görə də xoşbəxtəm. Geridə qalan yarışlara nəzər salanda çox inkişaf etmişəm. Ümid edirəm ki, bundan sonra daha da ısürətlənərək, gözəl nəticələr almağa davam edərəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə