Dani Alveş “Yuventus”u “Mançester Siti”yə dəyişir?

Dani Alveş “Yuventus”u “Mançester Siti”yə dəyişir?

Dani Alveş “Yuventus”u tərk etmək üzrədir. Xarici mətbuatın yazdığına görə, braziliyalı müdafiəçi tezliklə karyerasını “Mançester Siti”də davam etdirə bilər. Alveş artıq “şəhərlilər”lə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. O, yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Transferin reallaşması üçün “Yuventus”la da razılığa gəlinməlidir. Qeyd edək ki, Alveş son mövsüm Turin klubunun heyətində meydana çıxdığı 33 oyunda 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə