Sergey Sirotkin: "Azərbaycanda Formula-2 yarışında iştirak edəcəyimdən məmnunam"
Formula-1 yarışının “Reno” komandasının ehtiyat pilotu Sergey Sirotkin Bakıda keçiriləcək Formula-2 mərhələsində iştirak edəcək. SİA-nın məlumatına görə, “SMP Racing” yürüş proqramının mətbuat açıqlamasında bildirilir ki, S.Sirotkin “ART GP” komandasının tərkibində britaniyalı Aleksander Albonu əvəz edəcək. A.Albon səhhəti ilə əlaqədar yarışlara qatıla bilməyəcək.
S.Sirotkin Azərbaycanda Formula-2 yarışında iştirak edəcəyindən məmnun olduğunu bildirib: “Əvvəlcə Albona tezliklə sağalmağı arzu edirəm. Çox şadam ki, Formula-2-nin bolidinin sükanı arxasına qayıdıram. Bu seriyada iki il uğurla çıxış etmişəm. “ART GP” komandası mənə müraciət edəndə Azərbaycana getməyə məmnuniyyətlə razılıq verdim”.
Pilot, həmçinin “SMP Racing” proqramının təsisçisi Boris Rotenberqə və “Reno” komandasının rəhbəri Sirilyu Abirbula təşəkkür edib. //AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB