“Qəbələ”nin yeni transferi Xavi Ernandes Qonzalesin yeni komandasında seçimi bəlli olub. SİA-nın məlumatına görə, ispaniyalı futbolçunun hansı nömrə ilə çıxış edəcəyi aydınlaşıb. Belə ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi “qırmızı-qaralar”ın heyətində meydana 20 nömrəli forma ilə çıxacaq.
Qeyd edək ki, Xavi Ernandes Qonzales “Qəbələ” ilə 1+1 illik müqaviləyə imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB