F-1 pilotu: “Bakıda sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm” AÇIQLAMA

F-1 pilotu: “Bakıda sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm” AÇIQLAMA

“Mən Bakıya qayıtmağı və orada sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm”. SİA-nın məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq “Sauber” komandasının sürücüsü Paskal Verlyayn deyib.

O, Azərbaycanda ötənilki həftəsonunun maraqlı keçdiyini vurğulayıb: “Keçən il bu yarış Azərbaycanda ilk dəfə keçirilirdi və çox yaxşı təşkil edilmişdi. Yolun konfiqurasiyasını nəzərə alsaq, Bakıda effektiv sürətlənmə və maksimal sürət mühüm rol oynayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə