“Biz ikinci dəfə Bakıya - bu maraqlı şəhərə gedirik. Bakı Şəhər Halqası maraqlı döngələrlə bir-birinə bağlanmış uzun düzlüklərdən ibarət unikal trasdır". SİA-nın məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq "Sauber" komandasının sürücüsü Markus Eriksson deyib.
O qeyd edib ki, ötən il Bakıdakı yarış maraqlı keçmişdi: "Keçən il asfaltın yüksək temperaturu təkərlərə təsir etmişdi. Bu il də oxşar şərait gözləyirəm. Komandamızın məqsədi dəyişməyib. Maşının inkişafı üçün çalışmağa davam etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB