Kenni Tete karyerasını “Qalatasaray”da davam etdirəcək

Kenni Tete karyerasını “Qalatasaray”da davam etdirəcək

“Ayaks”ın müdafiəçisi Kenni Tete karyerasını “Qalatasaray”da davam etdirəcək. SİA-nın məlumatına görə, 21 yaşlı futbolçu bir müddət əvvəl İstanbul klubu ilə razılığa gəlmişdi.

Lakin “İnter”in də Tete ilə maraqlanması keçidi əngəlləyirdi. Yekunda Milan klubu holland futbolçu üçün 3 milyon avro ödəməkdən imtina edib.

Bu səbəbdən də Tete “Qalatasaray”la müqavilə imzalamaq üçün qarşıdakı günlərdə İstanbula yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə