Raul “Real”da baş direktorun köməkçisi olacaq

Raul “Real”da baş direktorun köməkçisi olacaq

“Real”ın keçmiş hücumçusu Raul yenidən doğma klubuna qayıtmaq üzrədir. SİA-nın məlumatına görə, 39 yaşlı sabiq forvad “Kral klubu”nda baş direktorun köməkçisi vəzifəsini tutacaq.

Raul klubun rəhbərliyi və personalı arasında vasitəçi rolunu oynamalıdır. O həmçinin, “Real”ın Valdebebasdakı bazasını idarə edəcək.

Qeyd edək ki, Raul 1994-2010-cu illər aralığında “Real”ın formasını geyib. Daha sonra isə ulduz futbolçu “Şalke”, “Əl-Sədd” və “Nyu-York Kosmos”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə